Analitik mərkəzin rəhbəri: "Azərbaycan Aİ üzvlüyünə yox, Avropaya inteqrasiyada maraqlıdır"

Analitik mərkəzin rəhbəri: "Azərbaycan Aİ üzvlüyünə yox, Avropaya inteqrasiyada maraqlıdır"
12:02 28 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olmağı iddia etmir, biz "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində bərabərhüquqlu əməkdaşlığın gücləndirilməsində maraqlıyıq".
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Avropa İttifaqı-Azərbaycan münasibətlərinə həsr olunan "dəyirmi masa"da deyib.
Onun sözlərinə görə, "Şərq Tərəfdaşlığı"nın Ukrayna, Gürcüstan kimi iştirakçı ölkələri Aİ üzvü olmağı hədəfləyir, Azərbaycan isə inteqrasiya olunmaqda maraqlıdır.
"Biz Aİ ilə ikitərəfli əməkdaşlıq çərçivəsində bir sıra sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığa istiqmətlənmişik", - F.Şəfiyev bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/analitik-merkezin-rehberi-azerbaycan-avropaya-inteqrasiya-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR