Bakıda iki maskalı şəxs köşkə basqın edib.

Metbuat.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Mağazada satıcıları bıçaqla hədələyən maskalılar kassadan 700 manat pul və 1000 manatlıq danışıq kartları oğurlayıblar.

Hadisəni törədən maskalılar axtarılır. (Report)