YAP-çı deputatlar ayrıca iclasa çağırıldı

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının saat 11-ə təyin olunan iclası başa çatıb.

Metbuat.az xəbər verir ki, növbəti iclas bu gün saat 14:00-da keçiriləcək.

Bu iclasa Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyasından olan deputatlar qatılacaq. YAP-çı deputatların hər birinə toplantıya qatılmaları tövsiyə olunub.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq parlamentin buraxılması barədə məsələ qaldıracaq.

Qeyd edək ki, hazırda Milli Məclisdə YAP-ın 69 deputatı fəaliyyət göstərir.

Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.

Milli Məclisidə 125 deputat yeri var və bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər. (modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR