Bakılı kursant “Rus NATO-su”nun yeni baş katibi kimdir? -

Noyabrın 28-də Qırğız Respublikasının paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası keçirilib. İclasda Rusiya prezdenti Vladimir Putin, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emomali Raxmon və Ermənistan baş naziri Nikol Paşinyan iştirak edib.

Metbuat.az xəbər verir ki, KTMT liderləri Belarus nümayəndəsi Stanislav Zasın təşkilatın baş katibi vəzifəsinə təyinatını təsdiqləyiblər. Stanislav Zas səlahiyyətlərinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq.

Bəs, Stanislav Zas kimdir?

Tərcümeyi-halını təqdim edirik:

S.Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Həmçinin 1996-cı ildə Belorus Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Baş Qərargahının hərbi akademiyasında təhsil alıb.

Silahlı qüvvələrdə müxtəlif vəzifələrdə xidmət keçən Zas 2008-ci ilin avqustunda Belorus dövlət təhlükəsizlik şurasının katibinin müavini təyin edilib.

54 yaşlı general-mayor Stanislav Zas 4 noyabr 2015-ci ildən Belorus təhlükəsizlik şurasına rəhbərlik edir və öz fəaliyyəti ilə KTMT-də yaxşı tanınır.

O, həm də qurumun təhlükəsizlik şurasının komitə sədridir.

Qeyd edək ki, erməni general Yuri Xaçaturova 1 mart 2008-ciil hadisələrinə görə ittiham elan olunmasından və onun geri çağırılmasından sonra KTMT-də baş katib postu boş qalıb. Ermənistan nümayəndəsi 2020-ci ilədək seçildiyi halda yalnız il yarım baş katib vəzifəsini tuta bilib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR