Rusiya Prezidenti Vladimir Putin iki günlük işgüzar səfər çərçivəsində Türkmənistana gəlib.

Metbuat.az xəbər verir ki, Putin MDB Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak edəcək.

Səfər zamanı Rusiya liderinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və İran Prezidenti Məsud Pezeşkianla ikitərəfli görüşləri nəzərdə tutulub.

Oktyabrın 9-da keçiriləcək əsas iclasda MDB ölkələri arasında əməkdaşlığın gələcək istiqamətləri, aktual beynəlxalq və regional məsələlər müzakirə olunacaq.