Məkkə sazişi hücum deyil, müdafiə məqsədi daşıyır.
Metbuat.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Macarıstanın baş nazirinin müavini və xarici işlər naziri Anita Orbanla Ankarada keçirilən birgə mətbuat konfransında belə açıqlama verib. O qeyd edib ki, Türkiyə başqa ölkənin ərazisinə hərbi qüvvə göndərərək hücum həyata keçirməyəcək. Diplomatın sözlərinə görə, sazişə qoşulan ölkələrdən biri hücuma məruz qalarsa, digər tərəflər onun müdafiəsinə dəstək verəcəklər.
Nazir sazişin parlamentə göndərilməsi ilə bağlı hazırlıq işlərinin başa çatdığını və sənədin yaxın vaxtlarda Türkiyə Böyük Millət Məclisinə təqdim olunacağını bildirib.