Angela Merkel Berlindəki çıxışı əsnasında yıxılıb

Angela Merkel Berlindəki çıxışı əsnasında yıxılıb
07:05 29 Noyabr 2019
120 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel, noyabrın 27-si Federal Ticarət Palataları Birliyinin Berlində keçirilən iclasında çıxışı zamanı səhnəyə yıxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş iştirakçılarından biri hadisəni şərh edərkən "Hər şey arxadan ciddi görünürdü" deyib.

Sonradan məlum olduğu kimi, şahid səhv edib. Merkel sadəcə olaraq səhnəyə aparan pilləkənləri seçməyib və bir metr hündürlükdəki səhnəyə tullanmağa çalışıb. Balansını itirən hökumət başçısı yıxılmağa başlaıyb, lakin yenidən tez ayağa qalxıb.

Siyasətçi çıxışını özünə qarşı istehza ilə başlayaraq deyib: "Sol tərəfdəki pilləkənləri görmədim. Geri dönərkən, pilləkənlərlə düşəcəm". Almaniya hökumətinin rəsmi nümayəndəsi Stefan Seybert daha sonra jurnalistlərə A.Merkelin sadəcə büdrədiyini təsdiqləyib və özünü yaxşı hiss etdiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR