Bakıda güclü külək əsəcək, temperatur 3-5 dərəcə aşağı enəcək

Bakıda güclü külək əsəcək, temperatur 3-5 dərəcə aşağı enəcək
17:37 29 Noyabr 2019
151 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. 
Nazirlikdən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 2-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/bakida-guclu-kulek-esecek-temperatur-3-5-derece-asagi-enecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR