İraqın Baş Naziri Adel Abdul Mahdi istefasını parlamentə təqdim edəcək.
Metbuat.az-ın verdiyi xəbərə görə, bu barədə Baş Nazir bəyanat verib.
Qeyd edək ki, İraqda yaşayış şəraitinin pisləşməsi, artan işsizlik və korrupsiyaya qarşı oktyabrın 1-dən etirazlar başlayıb. Etirazlarda 400-dən artıq şəxs həlak olub, minlərlə insan yaralanıb və həbs edilib. / Apa