Bəxtiyar qələbə qazandı

Bəxtiyar qələbə qazandı
07:27 30 Noyabr 2019
154 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı idmançımız "UAE Warriors9" çərçivəsində uğur əldə edib. O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib. Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub.

"Mubadala Arena"dakı döyüş Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini bayram edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/806506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR