ABŞ-da kimyəvi zavodda yanğın lokallaşdırılıb

ABŞ-da kimyəvi zavodda yanğın lokallaşdırılıb
08:22 30 Noyabr 2019
62 Dünya
Ölkə mətbuatı
A- A+

50 min insanın təxliyəsinə səbəb olan ABŞ-ın Texas ştatındakı kimyəvi zavodda yanğın lokallaşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə dairə başçısı Cefferson Ceff Brenik mətbuat konfransı zamanı bildirib.

Ceff Brenik bildirib: "Lokallaşdırıldığını deyə bilərik".

Beləliklə, onun sözlərinə görə, zavodun ətrafındakı dörd mil (6,5 kilometr) zonada təxliyə qərarı ləğv edilib. Eyni zamanda yanğın hələ söndürülməyib və bunun nə vaxt baş tutacağı məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR