Yasamalda 26 yaşlı oğlan küçədə ölü tapıldı -

Bakının Yasamal rayonunda küçədən 25-30 yaşlarında kişi meyiti tapılıb.

Metbuat.az APA-ya istinadən bildirir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs rayon sakini, 1993-cü il təvəllüdlü Nəzərov Şaiq Mirzağa oğluna məxsusdur. Meyitin ilkin müayinə zamanı isə onun narkotikdən zəhərləndiyi bildirilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR