Gürcüstanın Azərbaycan qazının tranzitindən əldə etdiyi haqq 1,1 milyard kub metri ötəcək

Gürcüstanın Azərbaycan qazının tranzitindən əldə etdiyi haqq 1,1 milyard kub metri ötəcək
23:02 30 Noyabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

2023-cü il üçün Gürcüstanın Azərbaycan qazının Türkiyəyə daşınması üçün aldığı tranzit haqqı artacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Cənub Qaz Dəhlizi ilə il ərzində 23 milyard kub metr təbii qazın nəqlinə başlanılandan sonra Gürcüstan illik olaraq 1,1 milyard kub metrdən çox qaz əldə edəcək.
Hazırda Gürcüstanın tranzit haqqı daşınan qazın 5%-ni təşkil edir. Qonşu ölkə il əzrində 6 milyard kub metr təbii qazın Türkiyəyə tranzitindən 300 milyon kub metr qaz əldə edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-azerbaycan-qazinin-tranzitinden-elde-etdiyi-haqq-1-1-mily

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR