"Liverpul" Premyer Liqada ardıcıl 31 matçda məğlub olmamaqla rekordunu yeniləyib.
Milli.Az Qol.az-a istinadən xəbər verir ki, "mersesaydlılar" 11 aydır uduzmur. İngiltərə klubu bu nəticə ilə 31 il öncəki - 1987-1988-ci illər mövsümündəki rekordunu yeniləyib. "Qırmızılar" növbəti turda "Everton"a məğlub olmasalar, klub tarixinin yeni rekordunu müəyyənləşdirəcəklər.
Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 40 xalla vahid liderdir.
Milli.Az