Tunisdə baş verən avtobus qəzasında 24 nəfər ölüb

Tunisdə baş verən avtobus qəzasında 24 nəfər ölüb
23:27 1 Dekabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Tunisin şimal-qərbində turist avtobusunun iştirakı ilə baş verən yol qəzasında 24 nəfər ölüb.
“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə Tunis Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qəza nəticəsində 21 nəfər xəsarət alıb və hazırda onlar xəstəxanalara yerləşdirilib.
Xüsusi səyahət agentliyinə aid olan avtobus paytaxtdan Ayn- Drahma şəhərinə gedirmiş. Məktəblilər də daxil olmaqla avtobusda ümumilikdə 43 sərnişin olub. İlkin məlumatlara görə, Ayn-Sanussi kəndi yaxınlığında avtobus aşaraq dik yamacdan aşağı yuvarlanıb.
Tunis Daxili İşlər Nazirliyində hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tunisde-bas-veren-avtobus-qezasinda-24-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR