Jirinovskidən etiraf:

Rusiyanın Liberal-Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovski narkotik vasitəni sınaqdan keçirdiyini etiraf edib.

Metbuat.az xəbər verir ki, bu barədə o, Dövlət Dumasında narkotik maddələrin internetdə yayılması təhlükəsi ilə bağlı keçirilən iclasda deyib.

Onun sözlərinə görə, narkotik vasitəni uşaq olarkən sınaqdan keçirib. Bunu Jirinovskiyə özündən yaşca böyüklər təklif edib, o da ziyanını bilmədiyi üçün razılaşıb.

“Amma mən buna vərdiş etmədim. Başqasının isə xoşuna gələ bilər. Buna yol vermək olmaz ”, - deyə Jirinovski vurğulayıb. (Azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR