[ 18 May 2015 15:06 ]
Siyəzən. Vəli Turan - APA. Ötən gün Siyəzən rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakinləri, ana və qızı - Firuzə Əliyeva və Nilufər Əliyevanı “PAZ” markalı yük maşını vurub. Qəza nəticəsində 21 yaşlı N.Əliyeva dünyasını dəyişib, anası isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Dünyasını dəyişən qızın nişanlı olduğu bildirilir.
Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.