İnterpolun axtardığı 8 təhlükəli qatil - Azərbaycanlı da var - FOTO

İnterpolun axtardığı 8 təhlükəli qatil - Azərbaycanlı da var - FOTO
21:52 2 Dekabr 2019
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

İnterpol qadın cinayətlərinə görə beynəlxalq axtarışda olan 8 təhlükəli qatilin siyahısını açıqlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, siyahıya Rusiyanın orneburq əyalətinin sakini Valeri Andreyev liderlik edir.

O, qadın oğurluğu, zorlama və qətl maddələri üzrə 2012-ci ildən axtarışdadır. İddialara görə, 62 yaşlı Valeri xarici görünüşünü tez-tez dəyişdiyindən onu yaxalamaq çətindir. İstintaq onun haqqında 7 qadın oğurluğu faktını təsdiq edib. Siyahıdakı digər qadın qatillərinin adları belədir:

2. Məhəmməd əyyub Cahangiri - 28 yaş. Danimarka həyat yoldaşını amansızlıqla qətlə yetirdiyinə görə onun haqqında beynəlxalq axtarış elan edib.

3. Azad Səttar Əhməd Cuburi - 36 yaş. Norveç tərəfindən qadınlara qarşı seksual zorakılığa görə axtarılır.

4. Aleksey Levin - 42 yaş. Ukrayna tərəfindən qadının ölümünə səbəb olan ağır bədən xəsarətləri yetirmə maddəsi ilə axtarışdadır.

5. Tyaqo Enrike Moreyra - 38 yaş. Braziliya tərəfindən keçmiş sevgilisini amansız qətlinə görə axtarılır.

6. Nuran Musayev - 37 yaş. Rusiya tərəfindən iki qadını amansız qətlə yetirdiyinə görə axtarışdadır. Qeyd edək ki, milliyyətcə azərbaycanlı olan Nuran Musayev 1982-ci ildə Qərbi Azərbaycanda anadan olub. 

7. Panayotis Netsati - 44 yaş. Kipr tərəfindən qadınların oğurlanması, zorlanması və qətlinə görə axtarılır.

8. Bxadreşkumar Çetanbhay Patel - 29 yaş. ABŞ tərəfindən öz arvadını öldürdüyünə görə axtarılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR