Azərbaycan-Gürcüstan sərhədində yerləşən göldə itən balıqçıların axtarışları nəticə verməyib

Azərbaycan-Gürcüstan sərhədində yerləşən göldə itən balıqçıların axtarışları nəticə verməyib
09:42 3 Dekabr 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Qardabani rayonunda, Candargöldə ötən gün itkin düşən iki balıqçının axtarışları gecə ərzində davam etdirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.
Xidmət rəhbəri Temur Mqebrişvili və müavini Levan Varsiaşvili hadisə yerinə baş çəkiblər. Onlar axtarış işləri ilə yerində tanış olublar.
Bildirilib ki, ötən gün ərzində axtarışlara Gürcüstan Sərhəd Polisinin, həmçinin Azərbaycan tərəfdən də helikopter cəlb olunub. Azərbaycan helikopteri axtarışları gölün ölkə ərazisindəki hissəsində aparıb.
Qeyd edək ki, iki gənc balıqçı ötən gün günorta saatlarında itkin düşüb. Onların qohum olduqları bildirilir.
Candargöl Azərbaycan və Gürcüstan arasındakı sərhədin tam ortasından keçir və Ağstafa rayonu ərazisində yerləşir.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gurcustan-serhedinde-yerlesen-golde-iten-baliqcilarin-axta

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR