Cenifer Lopezin valehedici ÇIXIŞI - FOTO

Cenifer Lopezin valehedici ÇIXIŞI - FOTO
17:48 3 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

50 yaşlı pop kraliça Cenifer Lopez cəlbedici çıxışı ilə diqqət çəkib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Nyu-Yorkda 29-cu dəfə “Gotham” Müstəqil Film Mükafatları sahiblərinə təqdim olunub. Mərasimin qonaqları arasında Cenifer Lopez və sevgilisi Aleks Rodrigez, Uma Turman, Olivia Uayld, Elizabet Moss və digər məşhurlar olub.

Əsas mükafat "Evlilik Hekayəsi" filminə verilib - "Ən yaxşı film" və "Ən yaxşı ssenari" nominasiyalarını qazanıb, eyni zamanda "Amerika fabriki" ekran işi “Ən yaxşı sənədli film” seçilib.

"Evlilik hekayəsi" filmində rol alan Adam Drayver "Ən yaxşı aktyor" , "Vida" filmindəki roluna görə isə Akvafina “Ən yaxşı aktrisa” adına layiq görülüb.

Qaliblər arasında “Bizi nə vaxt görəcəklər” və “PEN15” serialları da yer alıb.

Cenifer Lopez çıxışı üçün “Ralph & Russo” markasından bədəninə yapışan, lələklər və daşlarla işlənmiş yarımşəffaf və təkçiyinli qara libas seçib. O, obrazını almaz sırğa və qara məxmər tuflilərlə tamamlayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/297971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR