“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
10:07 4 Dekabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 18-də, saa 11:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Finex Kredit”in 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun maliyyə hesabatının və müstəqil auditorunun hesabatının, Müşahidə Şurasının hesabatının təsdiq edilməsi, eləcə də BOKT-un yeni istiqraz emissiyasının, 2020-ci il üzrə büdcə və proqnoz göstəricilərinin, nizamnamə kapitalının, vəsaitlər cəlb edilməsi məqsədilə maliyyə qurumlarına müraciətinin, yeni filiallarının açılmasının və digər məsələlərin müzakirə edilməsi daxildir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/finex-kredit-bokt-un-sehmdarlarinin-yigincagi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR