“Azərbaycanın ən yaraşıqlı kişisi” olan məşhur model evlənir: “Məndən istifadə etməyiblər” - VİDEO

“Azərbaycanın ən yaraşıqlı kişisi” olan məşhur model evlənir: “Məndən istifadə etməyiblər” - VİDEO
12:03 4 Dekabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

“Evin tək oğluyam, evdəkilər yaşlanıb. Artıq xaricdə yaşamağa o qədər də marağım yoxdur”.

Bunu 2007-ci ildə “The Best Model of the World” müsabiqəsinin qalibi olduqdan sonra “Azərbaycanın ən yaraşıqlı kişisi” kimi tanınan model Rüstəm Cəbrayılov Publika.az-a müsahibəsində deyib. Model bildirib ki, tezliklə “Meşəbəyi” layihəsi və “Nazik mətləb” filmi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

Ulduzun sözlərinə görə, yutub kanalında “Meşəbəyi” layihəsinə start versə də, sonradan onu proqram şəklində televiziyaya təqdim etmək qərarına gəlib. Bu təklif isə ona müğənni Roza Zərgərlidən gəlib.

“Şəhər həyatından yorulmuşam. Təbiəti sevirəm, ölkələrin yarısından çoxunu gəzib görmüşəm, indi isə məqsədim odur ki, ölkəmizin gözəl yerlərini çəkib göstərim. Göstərim ki, çox böyük maliyyə olmadan da təbiət qoynunda piknik etmək olar, ən azından təmiz hava qəbul edə bilərlər”, - deyə R.Cəbrayılov qeyd edib.

Yaradıcılıq planlarından və yaşadığı məyusluqlardan danışan məşhur, yaxın aylarda subaylığın daşını atacağını etiraf edib.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/298067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR