Məşhur aktyorun izləyiciləri şoka salan VİDEOSU yayıldı

Məşhur aktyorun izləyiciləri şoka salan VİDEOSU yayıldı
16:53 4 Dekabr 2019
163 Şou
Ölkə mətbuatı
A- A+

Son günlərdə Türkiyə maqazin xəbərlərinin gündəmindən düşməyən aktyor Can Yaman, israilli qadınla yayılan videosu ilə pərəstişkarlarını şok edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Can Yaman açıqlamaları və hərəkətləri ilə gündəmi sarsıtmağa davam edir.

Belə ki, “Erkenci Kuş” serialından sonra böyük populyarlıq qazanan aktyor sərxoş halda israilli xanıma “Mənə bir dodaq ver, dodaq ver” deyərək onu öpməyə çalışıb. Aktyorun bu kadrları sürətlə sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, Can Yaman bu yaxınlarda İspaniyada qonaq olduğu televiziya proqramında izləyicisinin “Bu dünyadan olduğunu sübut edə bilərsən” sualına "Gəlin arxa otağa, sübut edim” deyə cavab vermişdi. Aktyorun bu sözləri sərt tənqid edilmişdi.

Bundan sonra aktyorun iştirak edəcəyi serialın başlama tarixi fevraldan 2020-ci ilə keçirilmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/298107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR