Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub.

Metbuat.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, ölkənin Xüsusi İstintaq Komitəsi S.Sarkisyana qarşı müvafiq ittiham irəli sürüb.

Komitənin məlumatında deyilir ki, sabiq prezident 2013-cü il 25 yanvar-7 fevral tarixləri arasında dövlət büdcəsindən xərcləmə yolu ilə 1 milyon dollardan çox vəsaiti mənimsəyib.

Qeyd edək ki, S.Sarkisyan 2018-ci ilin aprelində baş nazir seçildikdən qısa müddət sonra etiraz aksiyaları nəticəsində istefa vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR