Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub

Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub
21:27 4 Dekabr 2019
56 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkənin Xüsusi İstintaq Komitəsi S.Sarkisyana qarşı müvafiq ittiham irəli sürüb.

Komitənin məlumatında deyilir ki, sabiq prezident 2013-cü il 25 yanvar-7 fevral tarixləri arasında dövlət büdcəsindən xərcləmə yolu ilə 1 milyon dollardan çox vəsaiti mənimsəyib.

Qeyd edək ki, S.Sarkisyan 2018-ci ilin aprelində baş nazir seçildikdən qısa müddət sonra etiraz aksiyaları nəticəsində istefa vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/807795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR