"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Barselona"nın hücmçusu Lionel Messi ilə rəqabətdən danışıb.

Metbuat.az-ın "El Chiringuito de Jugones"ə istinadən yaydığı xəbərə görə, o, jurnalistin "Kriştiano və Messi rəqabəti bitib?" sualına belə cavab verib: "O, sadəcə başlanır".

Qeyd edək ki, Messi 6, Ronaldo 5 dəfə "Qızıl top"u qazanıb. / Qol.az