Biosensorla təchiz edilmiş eynək diabet xəstəliyini müəyyənləşdirməkdə kömək edəcək

Biosensorla təchiz edilmiş eynək diabet xəstəliyini müəyyənləşdirməkdə kömək edəcək
07:52 5 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Braziliyalı və amerikalı alimlər tərəfindən eynək üçün hazırlanmış biosensor istifadəçinin göz yaşları vasitəsilə qanda qlükozanın səviyyəsini ölçə bilər. Qurğu diabet xəstəliyindən əziyyət çəkən insanlarda qlükozanın səviyyəsinə nəzarət etməyə kömək edəcək. Bu xəstəlikdən ABŞ-da 62 milyon və dünyada 380 milyon nəfər əziyyət çəkir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son onillikdə aşağı və orta gəlirli ölkələrdə diabet xəstəliyinin geniş yayılması müşahidə olunur. 2035-ci ilədək sözügedən xəstəlikdən əziyyət çəkənlərin sayı 580 milyon nəfərə yaxınlaşa bilər.

Bu xəstəlikdən əziyyət çəkən bir çox insan yığcam qlükoza sayğacından istifadə edir ki, bu da barmağın deşilməsini nəzərdə tutur. Bu proses gün ərzində bir neçə dəfə təkrarlana bilər ki, bu da ağrılıdır və kiçik yoluxma riski daşıyır.

Eynəyə quraşdırılmış yeni biosensor istifadəçinin göz yaşlarında qlükoza molekullarını müəyyənləşdirə, həmçinin qanda şəkər, vitamin və alkoqolun səviyyəsini ölçə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR