5 PKK terrorçusu türk əsgərlərinə təslim olub

Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları zamanı 5 terrorçu təslim olub.

Metbuat.az-ın "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, İraqın şimalındakı düşərgələrindən qaçan 5 PKK terrorçusu Silopi bölgəsinə keçərək Türkiyənin təhlükəsizlik orqanlarına təslim olublar.

Qeyd edək ki, terrorçulara qarşı tətbiq olunan güc PKK daxilində çaxnaşma yaradıb. Bu amil, o cümlədən aparılan təbliğat işləri sayəsində çoxlu sayda terrorçu PKK düşərgələrindən qaçaraq təslim olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR