Pentaqon Yaxın Şərqə 14 min hərbçi göndəriləcəyi ilə bağlı məlumatı təkzib edib

Pentaqon Yaxın Şərqə 14 min hərbçi göndəriləcəyi ilə bağlı məlumatı təkzib edib
11:12 5 Dekabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Alissa Fərəh yerli KİV-də Vaşinqtonun Yaxın Şərqə əlavə 14 min hərbçi göndərə biləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" nəşri ABŞ rəsmilərinə istinadən Vaşinqton administrasiyasının Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirmək üçün bölgəyə əlavə 14 min hərbçi və onlarla hərbi gəmi göndərməyi nəzərdən keçirdiyini yazmışdı.
Pentaqon rəhbəri Mark Esper isə oktyabrda bölgədə artıq 14 min ABŞ hərbçisinin olduğunu söyləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pentaqon-yaxin-serqe-14-min-herbci-gondereceyini-tekzib-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR