Bakıda evdən 7000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən 7000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
14:22 5 Dekabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda evdən 7000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hüseynov saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-evden-7000-manatliq-qizil-zinet-esyalari-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR