“İlahiyyatçı” qəzetinin noyabr buraxılışı çap olundu

“İlahiyyatçı” qəzetinin noyabr buraxılışı çap olundu
14:50 5 Dekabr 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin noyabr buraxılışı çap olunub.

Azərbaycan İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, mətbu orqanın birinci və ikinci səhifələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya dini liderlərinin II Bakı Sammitində iştirakı və nitqi yer alıb.

Qəzetin üçüncü səhifəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqi əksini tapıb.

“İlahiyyatçı” qəzetinin 4-cü səhifəsində “17 Noyabr – Milli Dirçəliş Günüdür” sərlövhəli yazı verilib.

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans” sərlövhəli xəbərdə 29 noyabr 2019-cu il tarixdə Azərbaycan İlahiyyat İnstitutu və Bakı Yunus Əmrə İnstitutunun birgə keçirdiyi konfrans haqqında məlumat əks olunub.

Azərbaycan İlahiyyat İnstitutunun 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ənənəvi olaraq Cocuq Mərcanlı səfəri haqqında məlumat qəzetin səkkizinci səhifəsində yer alıb.

Qəzetin müxtəlif səhifələrində İnstitutun rəhbər heyəti, müəllim və əməkdaşlarının “Mövlud”; “Vasim Məmmədəliyevin yetirməsinin xatirələri”; “Tariq ibn Ziyad və İspaniyanın fəthi”; “İslam əxlaqının mahiyyəti” başlıqlı məqalələr yer alıb.

Qəzetin növbəti səhifələrində Aİİ tələbələrinin “Multikulturalizmin inkişafında Heydər Əliyevin rolu”; “Dalğalansın bayrağımız”; “Hafiz olduğum günün sevinci ilə yaşadıqlarım”; “Xoşbəxtlik və ədalətə gedən yol mötədillikdən keçir”; “Vətəni sevmək imandandır” başlıqlı məqalələri yer alıb.

Mətbu orqanın noyabr buraxılışında, həmçinin “France 2” telekanalı Azərbaycan İlahiyyat İnstitutunda”; “Aİİ rektoru Beynəlxalq Elmi Konfransda iştirak edib”; “Tələbələrlə görüş”; “Orta əsr İslam fikrində din və fəlsəfə” monoqrafiyası işıq üzü görüb”; “Ventzeslav Sabev ilə görüş”; “VI ümumrespublika bilik yarışında iştirak edən tələbələrlə görüş”; “Vətən məndən başlanır” adlı sosial layihənin təqdimatı”; “Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir?” mövzusunda seminar”; “Tələbə Gənclər Təşkilatının sədri seçildi”; “650 min ağac əkilməsi təşəbbüsünə qoşulduq”; “Oxu günü layihəsi – “Kimyagər”; “Misirli qonaqlar Aİİ-də”; “Həzrət Məhəmmədin dünyaya bəxş etdiyi ümumbəşəri əxlaqi dəyərlər”; “Amerikalı din xadimi Aİİ-ni ziyarət edib”; “Aİİ-nin müəllimi beynəlxalq konfransda iştirak edib”; “Hər rəngində mən varam” filmi nümayiş olunub”; “Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd edildi”; “Aİİ-nin kataloqu xarici dillərdə nəşr olunub” başlıqlı məqalələr dərc olunub.

Məlumat üçün bildirək ki, “İlahiyyatçı” qəzetinin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3159112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR