Fransada etiraz aksiyaları - 450 mindən çox...

Fransada etiraz aksiyaları - 450 mindən çox...
05:53 6 Dekabr 2019
113 Digər
Ölkə mətbuatı
A- A+

Fransada keçirilən kütləvi etiraz aksiyalarında 450 min nəfərdən çox insan iştirak edir.

Publika.az xəbər verir ki, onların 250 min nəfəri paytaxt Parisdə keçirilən yürüşə toplaşıb.

Etiraz aksiyaları təqaüd sistemində həyata keçiriləcək islahatlara qarşı təşkil edilib. Aksiyalar zamanı bir sıra şəhərlərdə etirazçılarla polislər arasında toqquşmalar baş verib.

Ölkədə nəqliyyat vasitələrinin fəaliyyəti 10 faiz nisbətində olub, məktəblərdə dərslərin yalnız 40 faizi keçirilib. İşə çıxmayanlar arasında təhsil, tibb, nəqliyyat işçiləri və digər peşə sahibləri, istər ictimai, istərsə də özəl sektorda çalışanlar var. Gün ərzində paytaxtın əksər musey və tarixi abidələri, habelə Eyfel qülləsi, Orsey muzeyi, Zəfər Tağı bağlı olub.

Etiraz aksiyaları dekabrın 9-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/298261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR