Səmərqənd yaxınlığında Hollivudun analoqu olan şəhərcik tikiləcək

Səmərqənd yaxınlığında Hollivudun analoqu olan şəhərcik tikiləcək
22:17 6 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Daha USA Group" və Çinin "Yiwu Compass Trading" kompaniyaları Özbəkistanın Səmərqənd vilayətinin Aksay Nurabad rayonunda Hollivudun analoqu olan Sollywood kino şəhərciyi tikəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, layihənin reallaşdırılması üçün 160 hektar ərazi ayrılıb. "Cinema City Sollywood" adlı şəhərcikdə çəkiliş üçün pavilyonlardan əlavə, müasir 3 və 4 ulduzlu otellər, restoran və kafelər, mədəniyyət və istirahət parkı, akvapark, kino və konsert zalları da inşa ediləcək. Layihənin müəllifi Hakimcon Mamasoliyevin sözlərinə görə, artıq 2022-ci ildə şəhərciyin əsas obyektlərində film istehsalı başlanacaq.

Qeyd edək ki, hazırda Özbəkistanda "Özbəkfilm" dövlət unitar müəssisəsi ilə yanaşı, hər il yüzə yaxın tammetrajlı bədii, animasiya və sənədli filmlər istehsal edən onlarla fərdi kinokompaniya və yaradıcılıq birlikləri fəaliyyət göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR