Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.
Metbuat.az-ın məlumatına görə, dekabrın 6-da qızılın qiyməti dekabrın 5-i ilə müqayisədə 0,425 manat azalaraq 1 unsiya üçün 2508,5285 manat təşkil edib.
Gümüş 0,146 manat bahalaşaraq 1 unsiya üçün 28,8395 manata bərabər olub.
Platinin qiyməti 2,0825 manat azalaraq 1527,994 manat, palladiumun qiyməti 2,6095 manat artaraq 3183,5475 manat təşkil edib.
Ad | 06.12.2019 | 05.12.2019 | |
Qızıl | XAU | 2508,5285 | 2508,9535 |
Gümüş | XAG | 28,8395 | 28,6935 |
Platin | XPT | 1527,994 | 1530,0765 |
Palladium | XPD | 3183,5475 | 3180,938 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.