Azərbaycanlı cüdoçular donmaqdan

Qazaxıstanın Atırau şəhərində beynəlxalq yarışa qatılacaq cüdoçular donmaqdan xilas edilib.

Metbuat.az xəbər verir ki, polislər Atırau-Astraxan şosesinin İsatey kəndi ərazisinə düşən hissəsində onların sınıb yolda qalmış avtobusunu aşkar ediblər.

Polislərin xoşbəxtlikdən vaxtında aşkar etdikləri avtobusda olan 16 yeniyetmə və sürücü ilə bərabər, üç adam donmaqdan xilas ediliblər.

Azərbaycanlılar polis bölməsinə aparılıb və orada isti yemək və çaya qonaq ediliblər.

Bakının yeniyetmələrdən ibarət cüdo komandasını Atırauya çatdırıblar.

Atırau vilayəti polis bölməsindən verilən məlumata görə, onların avtobuslarının təmir olunub təhvil veriləcəyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR