Rusiyanın paytaxtı Moskva şəhərində dekabrın 2-dən 6-dək 600 obyektdə partlayış təhlükəsi ilə bağlı müvafiq dövlət qurumlarına anonim zəng daxil olub.
Metbuat.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Qeyd olunub ki, daxil olan zənglərin heç biri öz təsdiqini tapmayıb.
Anonim müraciətlərə görə, ümumilikdə 110 mindən çox insan təxliyyə edilib. (azvision.az)