Gürcüstan Prezidenti: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir"

Gürcüstan Prezidenti: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir"
23:58 7 Dekabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

TANAP layihəsinin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir.

Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili söyləyib.

Onun sözlərinə görə, son illər tək TANAP layihəsi deyil, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşıb. Bu layihələrin həyata keçirilməsində Azərbaycan Prezidentinin xüsusi rolu olub.

Salome Zurabişvili deyib: “Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”.(AZƏRTAC)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/298459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR