Keniyada yaşayış binasının uçması nəticəsində 7 nəfər ölüb, itkin düşənlər var

Keniyada yaşayış binasının uçması nəticəsində 7 nəfər ölüb, itkin düşənlər var
18:47 8 Dekabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Keniyada xilasedicilər uçmuş altımərtəbəli binanın dağıntıları altından 2 nəfəri xilas edə bilib.
“Report” xəbər verir ki, bu barədə yerli “Citizen TV” telekanalı bildirib.
Telekanalın məlumatına görə, hadisə Nayrobidəki Embakasi dairəsində baş verib. Hadisə zamanı 7 nəfər həlak olub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli bölməsinin məlumatında bildirilir ki, uçqun zamanı daha 11 nəfər itkin düşüb.
İlkin məlumatlara görə, binanın uçması inşa prosesindəki qüsurlara görə baş verib. Hadisə yerində xilasetmə işləri davam edir. Əməliyyatın başlanğıcından 35 nəfər xilas olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/keniyada-yasayis-binasinin-ucmasi-neticesinde-7-nefer-olub-itkin-dus

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR