Çin uyğurlara zülm edir -

Çin 1 milyonadək uyğuru ölkənin qərb hissəsində yaratdığı xüsusi qapalı rejimli düşərgədə saxlayır.

Metbuat.az bu barədə nüfuzlu "Spiegel" nəşrinə istinadən xəbər verir. Nəşrin yazdığına görə, "Nyu-York Tayms" qəzeti Çinin uyğurlara qarşı tədbiq etdiyi zülmlə bağlı gizli sənədlər dərc edib.

Hökumətdə çalışan rəsmilərdən birinin 403 səhifədən ibarət faktlarla dolu hesabatı mediyaya ötürməsi Çin hökumətinin uyğurlara qarşı tədbiq etdiyi qeyri-insani faktları üzə çıxardıb.

Uyğur müsəlmanlar Çinin ən böyük azlıqları sayılmaqdadır. Məlumata görə, 1 milyona qədər uyğur Çinin qərb hissəsində həbs düşərgəsində heç bir əsası olmadan nəzarətdə saxlanılmaqdadır. O da vurğulanır ki, saysız-hesabsız uyğur uşaqlar valideynlərinin əlindən alınıb.

"Neçə illərdir ki, Çin hökuməti Sintszyan-Uyğur Muxtar rayonu üzərində çox ciddi nəzarət formalaşdırıb. İnsan haqları mövzusunda dünya ictimaiyyətinin təzyiqini önləmək üçün çinli diplomatlar müxtəlif yollara əl atırlar", deyə məşhur "Spiegel" nəşri yazır.

Qeyd edək ki, Sintzyan-Uyğur Muxtar rayonu Pakistan, Əfqanıstan və Tacikistan ilə sərhəd bölgədə yerləşir. 2009 və 2014-cü illərdə radikal islamçı terrorçu qrupların bölgədəki aktivliyi Çin hökumətinin uyğurlara qarşı daha da sərt davranmasına səbəb olub. Çin 2016-cı ildən etibarən Sintzyan-Uyğur rayoununda xüsusi həbs düşərgələri yaratmağa başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR