Türkiyənin Çanaqqala şəhərində qanunsuz yollarla Yunanıstanın Midilli adasına keçmək istəyən 87 miqrant saxlanılıb.
Metbuat.az "Anadolu"ya istinadən xəbər verir ki, şəhərin polis əməkdaşları tərəfindən saxlanılanların Əfqanıstan vətəndaşı olduqları bildirilir.
Aralarında qadın və uşaqların da olduğu qanunsuz miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.