Rasim Musabəyov: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində nəzərəçarpacaq rol oynayacaq”

Rasim Musabəyov: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində nəzərəçarpacaq rol oynayacaq”
15:27 9 Dekabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında nəzərəçarpacaq rol oynayacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Milli Məclisin üzvü Rasim Musabəyov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir: “Lakin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yalnız bir saziş çərçivəsində həyata keçirilmir. Avropa üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsi tamamlanmaq üzrədir, TAP layihəsi də gələn ildən işləməyə başlayacq”.
Deputat deyib ki, “Şərq tərəfdaşlığı” proqramına üzv 6 ölkəyə, təxminən, 30 mlrd. avro ayrılıbsa, Azərbaycanın həyata keçirdiyi Cənu Qaz Dəhlizinə 50 mlrd. avroya qədər vəsait ayrılıb: “Bunlar hamısı onu göstərir ki, Azərbaycan Avropa üçün əhəmiyyətlidir, həmçinin Avropa da Azərbaycan üçün öz əhəmiyyətini saxlayır”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/rasim-musabeyov-azerbaycan-avropanin-enerji-tehlukesizliyinde-nezerecarpacaq-rol-oynayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR