Yolu keçən qadını maşın belə vurdu - VİDEO

Yolu keçən qadını maşın belə vurdu - VİDEO
17:13 9 Dekabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda piyadavurma hadisəsi kameraya düşüb.

Publika.az avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. “Hyndai” markalı avtomobilin sürücüsü yola çıxmaq istəyir. Bu zaman sağdan maşın gəlib-gəlməməsinə baxır. Sürücünün fikri sağda olan zaman əlində çörək, orta yaşlı bir qadın yolu keçir. Qəfildən hərəkətə gələn sürücü avtomobili düz qadının üstünə sürərək onu vurur. Hadisə nəticəsində qadın xəsarət alır. Sürücü isə avtomobili saxlamaq əvəzinə bir az da irəliyə gedir.

Hadisəyə baxanda ilk baxışdan qəsd kimi görünür. Amma diqqətlə araşdırdıqda sürücü diqqətsizliyi önə çıxır. Belə ki, fikri sağda qalan sürücü piyadanı görmür və onu vurur. Videonu təqdim edirik:


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/298587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR