Ruhi xəstə satıcıları hədələyib pul apardı

Ruhi xəstə satıcıları hədələyib pul apardı
19:12 9 Dekabr 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 7-də Bərdə rayonunun Güloğlular kəndi ərazisində yerləşən bazardakı mağazalardan birinə gəlmiş şəhər sakini, ruhi xəstə R.Abbasov mağaza sahibini kəsici alətlə hədələyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, mağaza sahibinin 15 manat pulunu alıb.

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən R.Abbasov saxlanılıb. Araşdırmalarla onun həmin gün qeyd edilən bazarda digər mağaza sahibini də eyni üsulla hədələyərək pul tələb etməsi də müəyyən edilib.

Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/809010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR