FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb

İran İslam Respublikasının Bakıdakı səfirliyində elektrik kabellərində tüstülənmə baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, dərhal əraziyə nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.

Nəticədə, bir inzibati otaqda elektrik kabelləri və 1,5 m² sahədə taxta atmalar yanıb.

Otağın, habelə inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR