Çili Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi radarlardan itib

Çili Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi radarlardan itib
09:12 10 Dekabr 2019
61 Dünya
Ölkə mətbuatı
A- A+

Antarktika bazasına doğru gedən Çilinin "C-130 Hercules" hərbi təyyarəsi ilə əlaqə kəsilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Çili HHQ öz "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, göyərtəsində 17 ekipaj üzvü və 21 sərnişin olub.

Təyyarə bazalardan birinə yanacaq təmin edən bir neft boru kəmərinə xidmət göstərmək üçün personal daşıyıb.

Çili Hərbi Hava Qüvvələrində yeddi bu tipli təyyarə var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/809119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR