Tovuzda restoran yandı

Tovuzda restoran yandı
16:36 11 Dekabr 2019
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə rayon sakini Elxan Paşayevə məxsus restoranda qeydə alınıb.

Restoranda otaqların birində baş verən qısaqapanma nəticəsində baş verən yanğın tez bir zamanda genişlənib. Alov restoranın dam örtüyünü bürüdüyündən yanğının qarşısını almaq çətinləşib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3162306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR