Azərbaycan-Rusiya İşgüzar Şurasının tərkibinə 145 şirkət və təşkilat daxildir.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının Bakıda keçirilən iclasında qurumun İdarə Heyətinin sədri Səməd Qurbanov deyib.

S.Qurbanov qeyd edib ki, İşgüzar Şuranın növbəti iclası 2020-ci ildə yeni tərkibdə keçiriləcək.

İşgüzar Şuranın tərkibinin genişlənməsinə toxunan sədr ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsində əhəmiyyətli artım olduğunu da qeyd edib.