Dekabrın 10-da saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində faciəvi şəkildə vəfat edən iki gənclə bağlı bəzi təfərrüatları əldə etmişik.
“KamAZ 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük maşınının vurduğu Tural Mustafa oğlu Cabbarlı və Dilarə Bəxtiyar qızı Sultanlı orta məktəbin 11-ci sinif şagirdləri olublar.
Onlar barədə bəzi məlumatları əldə etmişik.
Tural Mustafa oğlu Cabbarlı Biləcəri qəsəbəsində yerləşən Seymur Məmmədov adına 301 saylı tam orta məktəbin 11-ci sinifində təhsil alırdı.
Metbuat.az xəbər verir ki, məktəbin direktor müavini Təranə Paşayeva baku.ws-ə açıqlamasında bildirib ki, Tural Cabbarlı nümunəvi şəgirdlərdən olub.
Dilarə Sultanlının hazırda təhsil aldığı 48 nömrəli tam orta məktəbdən də onun barəsində xoş sözlər söylədilər. Bildirildi ki, Dilarə Sultanlı çox yaxşı şagird olub. Dərslərində bacarıqlı olub, nizam-intizamlı şagirdlərdən olub.
Qeyd edək ki, Dilarə Sultanlı ailənin yeganə övladı olub.

