Kiçik və orta biznesin alternativ maliyyələşdirilmə alətləri

Kiçik və orta biznesin alternativ  maliyyələşdirilmə  alətləri
12:55 12 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kənan İsgəndərov, EKVİTA-da Maliyyə Xidmətləri üzrə Menecer vəzifəsində işləyir və maliyyə sahəsi üzrə mütəxəssisdir.

Trend-in məlumatına görə, o, Bank Sektorunda və İlk onluğa daxil olan Beynənxalq Audit şirkətlərində iş təcrübəsinə malikdir.Kənan, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-Kredit fakültəsinin məzunudur. O, maliyyə sahəsi üzrə 15 ildən artıq iş təcrübəsinə malikdir.

Onun iş təcrübəsinə daxildir: müxtəlif sahələr üzrə fəaliyyət göstərən 200 dən çox şirkətə (maliyyə sektoru, tikinti, logistika,IKT, kənd təsərrüfatı və s.) vergilər,maliyyə resurslarının cəlb olunması,daxili nəzarət və daxili audit sisteminin qurulması,müəssisələrin restruktizasiyası,strateji və maliyyə planlarının hazırlanması. Kiçik və Orta Biznes (KOB)-lar, ABAD ailələri və Stataplar üçün çoxsaylı təlimlər keçmişdir.

Kiçik və orta biznesin alternativ maliyyələşdirilmə alətləri

Kiçik və orta sahibkar iqtisadiyyatın lokomotividir,istər məşğulluğun təmin olunmasında istərsədə əlavə dəyərin yaradılmasında rolu əvəz edilməzdir.

KOB Agentliyinin yaradılmasıSource: OECD (2013b).

Cədvəldən göründüyü kimi,Kiçik və orta biznesin maliyyələşdirilməsi üçün 10 dan artıq alət vardır,ölkərin iqtisadi inkişafından asılı olaraq istifadə olunan maliyyə alətləri də müxtəlifdir,xüsusi ilə inkişaf etmiş öılkələrdə alternativ maliyyə alətlərinin sayı və istifadə edənlərin sayı inkişaf etməkdə olan ölkələrə nisbətən daha çoxdur.

Kiçik və Orta biznesin inkişaf etdirilməsi üçün 2016-cı il dekabr ayının 6-da “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” ölkə başçısı tərəfindən təsdiq edilmişdir. Yol xəritəsinin tədbirlər planı olan hissəsində KOB-ların maliyyəyə çıxış imkanlarının yaxşılaşdırılması və alternativ maliyyə alətlərinin (forvard,fyuçers,faktorinq və s) inkişafı ətraflı qeyd edilmişdir.

  • Daşınar əmlakın qeydiyyatı haqqında qanun qəbul edilib və qeydiyyat portalı yaradılıb.
  • Mediasiya haqqında qanun edilib və onun tətbiqinə 2020-ci ilin aprel ayında başlanacaqdır.
  • İpoteka və zəmanət fondunun fəaliyyətə başlaması
  • Aqrar sahədə müştərək Sığorta fondunun yaradılması haqqında fərman

Yuxarıda qeyd edildiyi kimi ölkəmizdə KOB-ların maliyyələşdirilməsi ilə bağlı çox böyük işlər gürülmüş və görülməkdədir.Bu məsələlərin daim diqqətdə saxlanılması üçün 2019-cu il iyun ayının 14 Ekvita MMC-nin və Azərbaycan Respublikası Biznes Mühiti və Beynənxalq Reytinqlər üzrə Komissiyası ilə birgə , Kiçik və Orta Biznesin İnkişafı Agentliyinn yaxından dəstəyi ilə baş tutan Dövlət -Biznes Dioloqu (Public-Private Dialogue) tədbiri baş tutmuşdur. 100 –dən çox sahibkarın,14-çox nazir müavinin və digər yüksək vəzifəli dövlət məmurunun iştirakı ilə baş tutan tədbirdə KOB-ların ən böyük çətinliklərindən birinin məhz maliyyə vəsaitlərinə olan ehtiyaclarıdır.

Xüsusi ilə bü gün KOB-larda debitor borcların artması,ödəməmə probleminin günü gündən artması Faktorinq məhsuluna böyük tələbat formalaşdırmışdır.Bu məhsula bazarda böyük tələbat olduğu halda ancaq bir neçə bank tərəfindən tərəfindən təklif olunması və şərtlərinə gəldikdə isə KOB-lar üçün bir o qədər də cəlbedici deyiildir.

Digər əhəmiyyətli alternativ bir məhsul Maliyyə Lizinqidir. 2014-cü ildə beynənxalq aləmdə baş verən proseslərin nətcəsi olaraq ölkəmizdə məlum devalvasiyalardan sonra lizinq şirkətlərinin böyük əksəriyyəti əməliyyatlarını dayandırmışdırlar.Bu gün fəaliyyət göstərən lizinq şirkətləri isə tikinti texnikası və avtonəqliyyat vasitələrini maliyyələşdirirlər Bu gün ən çox ehtiyac olan isə istehsal avadanlıqlarıdır Ekvita şirkəti olaraq biz istər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) istərsədə Ailə Biznesinə Asan Dəstək (ABAD) Publik Hüquqi Şəxsi ilə istərsədə şirkətin özünün xidmət göstərdiyi müştərilərlə aparılmış işin nəticəsində bu gün Azərbaycanda onların ən çox aşağıdakı avadanlıqlara ehtiyacı olması müəyyənləşdirilmişdir.

  • Süd emalı avadanlıqları
  • Ət emalı avadanlıqları
  • Yem emalı avadanlıqları
  • Mini çörək zavodlarına
  • Soyuducu anbarlar
  • Ferma sistemləri

Qiymətli kağızlar bazarının kifayət qədər inkişaf etməməsi və KOB-ların bu bazara maraq göstərməməsi bu sahədə gedilməli yolun hələ də uzun olduğunu göstərir. KOB-lar giymətli kağızlar emissiya etməmişdən əvvəl müəssisənin korporativ idarəetməsini müasir dövrün tələblərinə uyğun qurmalıdır çox təəsüf bu gün KOB-ların böyük bir hissəsi bunu etmək istəmirlər.Korporativ istiqrazlar inkişaf etmiş ölkələrdə KOB-ların maliyyə ehtiyaclarının çox böyük hissəni qarşılayır. Bu gün bizim real sektordan ancaq iki şirkət korporativ istiqraz buraxıb bunlardan biri METAK MMC digəri isə SOCAR-dır.

Alternativ maliyyə alətlərində xüsusi yer tutan alətlərdən biri də İslam Maliyyə alətləridir.Ölkəmizin əhalisinin çox hissəsinin islam dininə məxsus olduğunu nəzər alaraq bu məhsuların bizim üçün əhəmiyyəti olduqca vacibdir.Bir faktı qeyd etmək lazımdır ki,Islam dünyasında faizin haram buyurulması bir çox sahibkarın ənənəvi bankçılıq məhsullarından istifadə edilməsinin qarşısını alır.2018-ci İslam İnkişaf Bankının “ Azərbaycanda Islam Bankçılığı üçün Hüquqi Çərçivənin İnkişaf Etdirilməsi”qrant layihəsinin qalibi Ekvita və şirkəti İFAAS (İslamic Finance Audit and Assurance Services) şirkətindən ibarət konsorsium olmuşdur.Layihədə ancaq İslam Bankçılığı üçün qanunvericiliyinə dair dəyişikliklərin təklif olunması nəzərdə tutulsada konsorsium üzvləri Azərbaycanda İslam maliyyəsi ekosistemini ətraflı analiz edərək yol xəritəsi təklif etmişlər.Təklif müvaqfiq dövlət orqanları ilə müzakirə mərhələsindədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3162736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR