“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır" -

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”.

Metbuat.az-ın xəbərinə görə, bunu Latviyanın Xarici İşlər naziri Edqar Rinkeviçs Riqada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Latviyalı nazir bildirib ki, Azərbaycan XİN başçısı ilə görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“Latviyanın regionda sülhün bərpası ilə bağlı mövqeyi qətidir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində və diplomatik kanallar vasitəsilə həll olunmalıdır”, - deyə Latviya XİN başçısı vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR